Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilir

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilir Saat 11.00-da başlanan imtahan 3 saat davam edəcək
Elm və təhsil
24 May , 2015 13:22
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirilir

Bakı. 24 May. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün mayın 24-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

"Report"un məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılır.

Saat 11.00-da başlanan imtahan 3 saat davam edəcək. 

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.

Son xəbərlər

Orphus sistemi