Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib Müsabiqədə elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər
Elm və təhsil
23 Fevral , 2015 20:21
Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. 

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, vakant yerlər “Türkdilli əlyazmaların tədqiqi”, “Farsdilli əlyazmaların tədqiqi”, “Ərəbdilli əlyazmaların tədqiqi”, “Şəxsi arxivlərin tədqiqi”, “Kitabşünaslıq və biblioqrafiya”, “Multidistiplinar əlyazmalar və çap kitabları”, “Beynəlxalq əlaqələr”, “Əlyazmaların kataloqlaşdırılması”, “Elektron resurslar”, “Elmi fondlar”, “Əlyazmaların elmi ekspozisiyası və təqdimi”, “Kitabxana və elmi informasiya” şöbələrinə şöbə müdiri və “Əlyazmaların gigiyena və bərpası” laboratoriyasına laboratoriya müdiri vəzifələrinədir.

Müsabiqədə elmlər və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən etibarən bir ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi