​Elmin İnkişafı Fondu 500 min manatlıq “Sənaye qrantı” müsabiqəsini elan edib

​Elmin İnkişafı Fondu 500 min manatlıq “Sənaye qrantı” müsabiqəsini elan edib Müsabiqə üçün layihə qəbulunun son vaxtı oktyabr ayının 28-i saat 17:00 göstərilib
Elm və təhsil
27 Oktyabr , 2014 19:09
​Elmin İnkişafı Fondu 500 min manatlıq “Sənaye qrantı” müsabiqəsini elan edib

akı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 500 min manatlıq “Sənaye qrantı” müsabiqəsini elan edib. Bu barədə "Report"a fondun mətbuat xidmətindən bildirilib. Musabiqə ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün elan edilib.

Məlumata görə yeni qrant müsabiqəsi “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə elan olunub.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərəcəkdir. Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat və digər qurumlardan, QHT-lərdən, sənaye ilə əlaqəli qurumlardan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilərlər. Fondun hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları “Sənaye qrantı” müsabiqəsinə qatıla bilməzlər.

Maliyyə həcmi 10 000 – 50 000 manat arasında olan orta və maliyyə tutumu 50 000 – 100 000 manat arasında göstərilən böyük layihələr fundamental-tətbiqi və axtarış-innovasiya xarakterli olmalıdır.

Müsabiqə üçün layihə qəbulunun son vaxtı oktyabr ayının 28-i saat 17:00 göstərilib və müsabiqənin nəticələrinin dekabrda açıqlanması planlaşdırılır.

Müsabiqə barədə ətraflı məlumat Elmin İnkişafı Fondunun rəsmi saytında yerləşdirilib

Son xəbərlər

Orphus sistemi