Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi təsdiqlənib - SİYAHI

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi təsdiqlənib - SİYAHI Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Elm və təhsil
28 Mart , 2016 17:28
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi təsdiqlənib - SİYAHI

Bakı. 28 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev – xalq rəssamı

Arif Məlikov – xalq artisti

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515) 1-ci hissəsi ləğv edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi