Azərbaycan Təhsil Nazirliyi elektron resursların təqdimatını edib

Azərbaycan Təhsil Nazirliyi elektron resursların təqdimatını edib "Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir"
Elm və təhsil
15 Dekabr , 2014 12:32
Azərbaycan Təhsil Nazirliyi elektron resursların təqdimatını edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Təhsil Nazirliyi tərəfindən elektron resursların təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, mərasimdə müvafiq dövlət qurumlarının rəsmiləri ilə yanaşı, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri də iştirak ediblər.

Çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müasir dünyada kompüterlərin əsasında müəssisələrin informasiyalaşdırılması təhsildə elektron resursların istifadəsinə geniş yol açır: "Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir. Bu amilləri nəzərə alaraq, nazirlik 2014-cü ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib. Qeyd olunan elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər".

Nazir həmçinin qeyd edib ki, elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib və bununla təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır: "Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq".

Mərasimin davamında digər çıxış edən qonaqlarda elektron resursun əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxışlardan sonra elektron resursların təqdimatı olub.

Son xəbərlər

Orphus sistemi