​Dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir

​Dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir Onların saxlanmasına 8,7 trilyon dollardan çox vəsait sərf olunur
Elm və təhsil
30 Noyabr , 2015 21:30
​Dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir

Bakı. 30 noyabr. REPORT.AZ/ Hazırda dünyada 600 mindən çox kitabxana fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" adlı beynəlxalq seminarda Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib.

O, bildirib ki, kitabxanaların 440 mindən çoxu Avropadadır:

"Dünyadakı kitabxanalarda 800 mindən çox insan çalışır və kitabxanaların saxlanmasına 8,7 trilyon dollardan artıq pul xərclənir. Burada 20 milyarddan artıq kitab, 1,5 mlrd. mikrofilm və 10 milyarddan çox dövrü nəşr vahidi saxlanılır. Abonentlərin sayı təqribən 2,5 milyarddır. İldə sifarişlərlə bağlı 1,5 trln. əməliyyat aparılır". 

Son xəbərlər

Orphus sistemi