Dövlət Proqramı çərçivəsində xaricə təhsil almağa gedən Azərbaycan gənclərinin sayı açıqlanıb

Dövlət Proqramı çərçivəsində xaricə təhsil almağa gedən Azərbaycan gənclərinin sayı açıqlanıb "Proqramın sonuncu ilinə yaxınlaşırıq"
Elm və təhsil
6 Noyabr , 2014 11:45
Bakı. 6 noyabr. REPORT.AZ/ “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3183 nəfər xaricdə təhsil almağa gedib. “Report”un xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələblərlə iş sektorunun müdiri Həsən Həsənli məlumat verib.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na keçirilən müsabiqə barədə danışan Həsən Həsənli prosesin artıq yekunlaşdığını bildirib: “Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Proqramın sonuncu ilinə yaxınlaşırıq. Çox sevindirici haldır ki, 3183 nəfər xaricdə təhsil almağa gedib”.

Son xəbərlər

Orphus sistemi