Dövlət Pedaqoji Kollecinə direktor, təhsil nazirinə yeni müşavir təyin olunub

Dövlət Pedaqoji Kollecinə direktor, təhsil nazirinə yeni müşavir təyin olunub Yeni direktor təhsil müəssisəsinin kollektivinə təqdim edilib
Elm və təhsil
8 Aprel , 2016 16:05
Dövlət Pedaqoji Kollecinə direktor, təhsil nazirinə yeni müşavir təyin olunub

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunan Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Q.Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. C.Bayramov bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin Azərbaycan təhsil sistemindəki özünəməxsus yeri və zəngin inkişaf tarixi bu tədris ocağının daha böyük uğurlara imza atacağını söyləməyə imkan verir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov ona göstərilən etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi