Akif Əlizadə: "Dissertasiya mövzuları elmin qarşısında duran əsas vəzifələrə uyğun seçilməlidir"

Akif Əlizadə: "Dissertasiya mövzuları elmin qarşısında duran əsas vəzifələrə uyğun seçilməlidir" Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktorantları ilə görüşüb
Elm və təhsil
2 Fevral , 2016 17:03
Akif Əlizadə: Dissertasiya mövzuları elmin qarşısında duran əsas vəzifələrə uyğun seçilməlidir

Bakı. 2 fevral. REPORT.AZ/ "Dissertasiya mövzuları müasir dövrdə elmin qarşısında duran əsas vəzifələrə və tələblərə uyğun seçilməlidir". "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktorantları ilə görüşündə deyib.

Onun fikrincə, cəmiyyətdə elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən tədqiqatların işlənməsi vacibdir.  

AMEA rəhbəri əlavə edib ki, hər bir iddiaçının öz mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-mədəni və iqtisadi əhəmiyyət kəsb etməlidir: "Bu da öz növbəsində yeni elmi problemin həllinə yardımçı olar". 

O, həmçinin AMEA-nın elmi bölmələrinə dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzuların olmasını diqqətdə saxlamağı tövsiyə edib. 

Tədbirdə doktorantların dissertasiya işlərini müvəffəqiyyətlə yerinə yetirmələri üçün dünyanın nüfuzlu elmi mərkəz və institutlarında təcrübə keçmələri məqsədilə elmi ezamiyyətlərə göndərilməsinin əhəmiyyəti vurğulanıb.

Son xəbərlər

Orphus sistemi