Dilçilik İnstitutunun "Qaynar xətt”ə daxil olan müraciətlərin sayı açıqlanıb

Dilçilik İnstitutunun "Qaynar xətt”ə daxil olan müraciətlərin sayı açıqlanıb Monitorinq şöbəsinin müdir əvəzi: “Şəxs adlarının yazılışı ilə bağlı olan müraciətlər də üstünlük təşkil edir”
Elm və təhsil
23 İyun , 2016 15:46
Dilçilik İnstitutunun Qaynar xətt”ə daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Qaynar xətt”nə 6 ay ərzində 150-ə qədər müraciət daxil olub”.

Bunu “Report”a açıqlamasında institutun Monitorinq şöbəsinin müdir əvəzi Sevinc Əliyeva deyib.

O bildirib ki, şöbəyə daxil olan bütün müraciətlər cavablandırılıb: “Zənglər rəsmi şəkildə qeydiyyata alınıb. Bu gün 6 aylıq hesabat rəhbərliyə təqdim olundu”.

S.Əliyeva qeyd edib ki, müraciətlərin əksəriyyəti sözlərin yazılışı ilə bağlı olub: “Şəxs adlarının yazılışı ilə bağlı olan müraciətlər də üstünlük təşkil edir. Bundan başqa şəhərdə reklam lövhələrində, obyekt adlarında olan səhvlərlə bağlı zəglər olur. Həm xəbər vermə, məlumatlandırma, həm də məlumat alma xarakterli müraciətlər olur”. 

Son xəbərlər

Orphus sistemi