Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib Qurumun Türk dilləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsi üzrə 1 yer boşdur
Elm və təhsil
24 May , 2016 16:53
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.

İnstitutdan "Report"a verilən xəbərə görə, qurumun Türk dilləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsi üzrə 1 yer boşdur.

Müsabiqədə fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi