Dərbənddə orta məktəblərdə Azərbaycan dilinin tədrisində çətinliklər yaranıb - VİDEO

Dərbənddə orta məktəblərdə Azərbaycan dilinin tədrisində çətinliklər yaranıb - VİDEO Məktəbdə hər 16 şagird 7 dərs kitabından istifadə edir
Elm və təhsil
22 Oktyabr , 2015 15:37
Dərbənddə orta məktəblərdə Azərbaycan dilinin tədrisində çətinliklər yaranıb - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Dərbəndin Azərbaycan məktəblərində dərs ləvazimatları və kitab çatışmazlığı var. Buna görə də məktəblərdə Azərbaycan dilinin tədrisi aşağı səviyyədədir".

Bunu "Report"a Dərbənd şəhər 3 saylı orta məktəbindən bildiriblər.

Məktəbin Azərbaycan dili üzrə tədris aparan müəllimi Rəfiqə Hüseynova deyib ki, azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərindəki məktəblərdə ana dili fənni tədris olunsa da,  şagirdlər Azərbaycan dilini öyrənməkdə çətinlik çəkirlər: "Azərbaycanın Təhsil Nazirliyi tərəfindən lazım olan bütün dərsliklər və dərs ləvazimatları göndərilmişdi. Lakin həmin dərsliklərin Rusiya tərəfindən gömrükdən keçirilməsinə icazə verilməyib. Məktəbdə hər 16 şagird 7 dərs ktabından istifadə edir. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Dərbənd filialının rəhbəri Seyran Hacıyevə dəfələrlə müraciət etsək də, nəticə hələ ki yoxdur".

R.Hüseynova əlavə edib ki, 713 şagirdin təhsil aldığı məktəbdə Azərbaycan dili və ədəbiyyat fənləri həftədə 1 saat, Azərbaycan əlifbası isə iki il tədris olunur.

Məsələ ilə bağlı Azərbaycan Təhsil Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, Dağıstan Respublikasına verilən dərsliklərin Rusiya gömrük nəzarəti xidmətinin əməkdaşları tərəfindən buraxılmaması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil: "Cari ildə Dağıstan Respublikasının Dərbənd rayon Təhsil İdarəsi nazirliyə müraciət edərək I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin verilməsini xahiş edib. Dağıstan Respublikasının Dərbənd rayonunun ümumtəhsil məktəblərinin həmin dərsliklərlə təminatı ilə bağlı müvafiq tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi