Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a ADİU-nun Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov çıxış edərək, görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışıb. O bildirib ki, tibb elmində böyük xidmətləri olan oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir: "O, Azərbaycana ölkəmizin dünya dövlətləri sırasında önəmli yer tutmasında müstəsna rolu olan Prezident
Milli Məclisin deputatı
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova bildirib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur: "Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bu, onun fədakar ana olmasından irəli gəlirdi".
Tədbirdə ictimai xadim, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.