Dekabrın 5-də TQDK növbəti SAT imtahanını keçirəcək

Dekabrın 5-də TQDK növbəti SAT imtahanını keçirəcək Qeydiyyat onlayn qaydada aparılır və son müraciət noyabrın 6-ı saat 09.00-a qədər mümkün olacaq
Elm və təhsil
26 Oktyabr , 2015 15:27
Dekabrın 5-də TQDK növbəti SAT imtahanını keçirəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək. TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat onlayn qaydada aparılır və son müraciət noyabrın 6-sı saat 09.00-a qədər mümkün olacaq.

İmtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. 

Son xəbərlər

Orphus sistemi