Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib Boş qalan yerlərə 200 və daha yüksək bal toplayan abituriyentlər sənəd verə bilərlər
Elm və təhsil
27 İyul , 2016 17:28
Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Bakı. 27 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin boş qalan plan yerlərinə kursant qəbulu elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənəd verən, sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən, lakin III ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən, 200 və daha yüksək bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olanlar avqustun 4-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlidirlər.


Son xəbərlər

Orphus sistemi