Çexiya səfiri Azərbaycanın bir sıra bölgələrinə səfər edəcək

Çexiya səfiri Azərbaycanın bir sıra bölgələrinə səfər edəcək ​Vitezslav Pivonka Bakı Slavyan Universitetində olub
Elm və təhsil
12 Noyabr , 2014 17:28
Çexiya səfiri Azərbaycanın bir sıra bölgələrinə səfər edəcək
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) həyata keçirdiyi “Səfir saatı” layihəsi çərçivəsində bu gün universitetdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüş keçirilib. "Report" xəbər verir ki, bu barədə BSU-nun yaydığı məlumatda bildirilib.

Tədbiri açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev qonağa BSU-nun “Səfir saatı” klubunun ənənələri haqda ətraflı məlumat verib.

Görüşdən və dəvətdən məmnunluğunu bildirən səfir V.Pivonka Çexiya Respublikası haqqında geniş danışıb. Çexiyanın XV-XVII əsrlərdəki vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb. O, Çexiya ilə Azərbaycan arasında olan iqtisadi, siyasi, mədəni əlaqələrdən danışaraq, iki ölkə arasındakı mövcud münasibətlərdən razı qaldığını və gələcəkdə bu əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə inandığını bildirib. O, yaxın günlərdə Azərbaycanın bir sıra bölgələrinə səfər edəcəyini xüsusilə vurğulayıb.

Tələbələrin suallarını cavablandıran cənab səfir görüşün sonunda BSU-nun “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi