Cəlilabadda müəllim çatışmazlığı var

Cəlilabadda müəllim çatışmazlığı var Hazırda rayonda 208 vakant müəllim yeri mövcuddur
Elm və təhsil
5 İyul , 2015 11:57
Cəlilabadda müəllim çatışmazlığı var

Bakı. 5 iyul. REPORT.AZ/ Cəlilabad təhsil şöbəsində müəllim çatışmazlığı var. Hazırda rayonda 208 vakant yer mövcuddur.

Cəlilabad rayon Təhsil şöbəsinin kadr məsələləri üzrə şöbəsinin inspektoru Ələkbər Niftiyevin bildirdiyinə görə, ötən il 160-dan çox müəllim daimi işlə təmin edilsə də, rayon məkəblərində hələ də müəllim çatışmamazlıgı qalır.

Çatışmamazlıq daha çox dağlıq ərazilərdəki kənd məktəblərində mövcuddür.

Cəlilabad məktəblərində fizika fənni üzrə 38, kimya fənni üzrə 32, biologiya üzrə 33, coğrafiya üzrə 23, dil və ədəbiyyat fənni üzrə isə 14 müəllimə ehtiyac yaranıb. Bundan başqa 2 ibtidai sinif və 8 xarici dil üzrə müəllim yeri boşdur.

Son xəbərlər

Orphus sistemi