Cəbhədəki gərginlik nəticəsində tədrisin dayandırıldığı məktəblərin adları açıqlanıb - SİYAHI

Cəbhədəki gərginlik nəticəsində tədrisin dayandırıldığı məktəblərin adları açıqlanıb - SİYAHI Təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib
Elm və təhsil
5 Aprel , 2016 15:08
Cəbhədəki gərginlik nəticəsində tədrisin dayandırıldığı məktəblərin adları açıqlanıb - SİYAHI

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrdə yaranan gərginlik nəticəsində tədris dayandırılan məktəblərin adları açıqlanıb. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədilə tədris müvəqqəti dayandırılıb: "Təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib".

Son xəbərlər

Orphus sistemi