Bu il AMEA-nın magistratura pilləsinə 7 ixtisas üzrə qəbul keçiriləcək - SİYAHI

Bu il AMEA-nın magistratura pilləsinə 7 ixtisas üzrə qəbul keçiriləcək - SİYAHI Pilot layihə olaraq Təhsil Nazirliyinə imtahanlarda 7 ixtisas üzrə seçimlərin olması təklif edilib
Elm və təhsil
14 Yanvar , 2015 13:01
Bu il AMEA-nın magistratura pilləsinə 7 ixtisas üzrə qəbul keçiriləcək - SİYAHI

Bakı. 14 yanvar. REPORT.AZ/ "Cari ilin fevral ayında AMEA-nın rəsmi internet saytında magistraturaya qəbul elanının yerləşdirilməsi nəzərdə tutulur və qəbul 7 ixtisas üzrə aparılacaq". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, pilot layihə olaraq Təhsil Nazirliyinə imtahanlarda 7 ixtisas üzrə seçimlərin olması təklif edilib: "İlk dəfə üçün hələlik bu sayla kifayətləndik. AMEA-nın 7 institutunun bazasında magistratura təşkil etmək niyyətindəyik. Qəbul dilçilik, antropologiya, nəzəri fizika, geologiya, kimyəvi genetikada kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası ixtisasları üzrə aparılacaq".

Son xəbərlər

Orphus sistemi