Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb

Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi hələlik dəqiqləşməyib
Elm və təhsil
12 Avqust , 2015 10:18
Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bu ilin Nobel mükafatlarının verilmə tarixi açıqlanıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 5-dən 12-dək laureatlara Nobel mükafatı, habelə Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 9-da Nobel Sülh mükafatı, 12-də "Sveriges Riksbank Prize" təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi