Bakı. 14 iyun. REPORT.AZ/ 2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.
Təhsil nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 614, XI sinif üzrə isə 20 052 şagird məzun olub.
2016-2017-ci tədris ilində respublika üzrə I sinfə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumi təhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb. “Son zəng” tədbiri haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə (