Bu gün Azərbaycanda payız fəsli başlayır

Bu gün Azərbaycanda payız fəsli başlayır Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür və gecə-gündüz bərabərləşir
Elm və təhsil
23 Sentyabr , 2015 11:17
Bu gün Azərbaycanda payız fəsli başlayır

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 13:22-də Azərbaycanda payız fəsli başlayır. 

Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov bildirib. 

Onun sözlərinə görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək: "Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır".

Xatırladaq ki, payız fəsli dünyanın şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr aylarında, cənub yarımkürəsində isə mart, aprel, may aylarında yaşanır. Bu mövsümdə gecələr uzanır və gündüzlər qısalır. Hərarəti və işığı azalan günəş daha tez batır. Payız günləri əsasən sərin, yağıntılı və küləkli keçir.

İldə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi isə martın 21-nə təsadüf edir. 

Son xəbərlər

Orphus sistemi