Bu gecə Azərbaycana Bahar gəlir

Bu gecə Azərbaycana Bahar gəlir Bahar fəsli sabah saat 02:45-də başlayır
Elm və təhsil
20 Mart , 2015 09:44
Bu gecə Azərbaycana Bahar gəlir

Bakı. 20 mart. REPORT.AZ/ Sabah Azərbaycanda bahar fəsli başlayır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun "Report"a verdiyi məlumata görə, Baharın gəlişi adlanan bu təbiət hadisəsi bu gecə Bakı vaxtı ilə təxminən 02:45:06 radələrində baş verəcək.

Onun sözlərinə görə, martın 20-dən 21-nə keçən gecə Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir".

Son xəbərlər

Orphus sistemi