​BSU rektoru məzunları mükafatlandırıb

​BSU rektoru məzunları mükafatlandırıb Onlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələr təqdim edilib
Elm və təhsil
25 May , 2015 20:49
​BSU rektoru məzunları mükafatlandırıb

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetinin akt zalında dörd il ərzində təhsildə yüksək nailiyyətlər və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara rektor tərəfindən “Fəxri Məzun” diplomu və xatirə hədiyyələr təqdim edilib.

BSU-nun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, təqdimatdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev mayın 19-da Binəqədi rayonunda yerləşən yaşayış binasında faciəvi şəkildə həlak olan həmvətənlərimizin xatirəsini yad edib. Rektor çıxışının davamında BSU məzunlarına uğurlar arzulayıb: ”Əziz magistrantlar və tələbələr, bu gün siz dörd il təhsil aldığınız Bakı Slavyan Universitetindən məzun olursunuz. Bu illər ərzində sizin uğurlarınız sayəsində universitetimiz həm Azərbaycanda, həm də vətənimizdən kənarda öz nəaliyyətləri ilə sayılıb-seçilən universitetlər sırasına daxil olmuşdur”. Rektor məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər, vətənimizin və universitetimizin adını daim uca tutmağı arzu edib.

Tədbirdə valideynlər və tələbələr çıxış edərək universitet kollektivinə təşəkkürlərini bildiriblər.

Tələbələrlə yanaşı, BSU Məktəb-Lisey Kompleksindəki təhsilini uğurla başa vuran XI sinif məzunları da diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda tələbələrin ifasında bədii kompozisiya təqdim olunub.

Son xəbərlər

Orphus sistemi