Bakı. 7 may. REPORT.AZ/ Ümummilli lider
Üçtərəfli əməkdaşlıq müqaviləsində şagirdlərin və müəllimlərin qarşılıqlı səfərləri, Moskvadakı Azərbaycan məktəbinin tədris vəsaitləri ilə təmin olunmasına yardım göstərilməsi, Məktəb-Lisey Kompleksinin rus bölməsi müəllimlərinin Moskva məktəblərində staj keçməyə cəlb olunması, müştərək tədbirlərin təşkil edilməsi, BSU-ya daxil olmaq istəyən Rusiya məktəbliləri üçün müvafiq kurs və məsləhət xidmətinin yaradılması və digər müddəalar daxil edilib.
Moskva məktəblərinin direktorları Elmira İsmayılova və Svetlana Dvoryantseva Məktəb-Lisey Kompleksinin maddi-texniki bazası, tədris prosesi, tədris planları və proqramları, rus bölmələri üçün dərsliklər, o cümlədən kitabxananın işi ilə maraqlanıblar. BSU nəzdindəki Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva bu tədris ocağında həyata keçirilən layihələr, universitet və Kompleks arasındakı əlaqələr barədə məlumat verib.
Sonra qonaqlar Bakı şəhərinin 23 və 160 saylı məktəblərində olublar.