​BSU-da “Şərq-Qərb-2” adlı toplu çap olunub

​BSU-da “Şərq-Qərb-2” adlı toplu çap olunub Nəşrdə əməkdaşların 2005-2015-ci illər elmi-tədqiqat işləri yer alıb
Elm və təhsil
7 Mart , 2016 17:18
​BSU-da “Şərq-Qərb-2” adlı toplu çap olunub

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Slavyan Universitetinin "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası əməkdaşlarının 2005-2015-ci illər elmi-tədqiqat işlərinin toplusu çapdan çıxıb.

Bu barədə "Report"a universitetin mətbuat xidmətindən bildirilib.

Topluda ötən on il ərzində laboratoriya əməkdaşlarının bir sıra respublika və beynəlxalq elmi konfranslarda etdikləri məruzələr öz əksini tapıb.

Qeyd edək ki, laboratoriya avrasiyaçılıq, türk-slavyan mədəni, ədəbi, dil əlaqələrinin tarixini müasir durumunu və digər problemləri araşdırır.

Son xəbərlər

Orphus sistemi