BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbinin baş müəllimi təyin olunub

BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbinin baş müəllimi təyin olunub Bəxtiyar Aslanbəyli tələbələrə "Enerji geosiyasəti" fənnini tədris edir
Elm və təhsil
26 Noyabr , 2015 10:43
BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbinin baş müəllimi təyin olunub

Bakı. 26 noyabr. REPORT.AZ/ Uzun müddət BP Exploration şirkətində müxtəlif vəzifələrdə çalışan və hazırda həmin şirkətdə Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsini tutan, beynəlxalq münasibətlər üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbinin (BANM) İngilis dili və humanitar fənnlər mərkəzinin baş müəllimi vəzifəsinə təyin olunub və tələbələrə "Enerji geosiyasəti" fənnini tədris edir. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, B.Aslanbəyli bu ilin noyabr ayından Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzində əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır.

Qeyd edək ki, B.Aslanbəyli 1976-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində oxuyub. 1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirib. 

Magistraturada oxuduğu dövrdə Elm və təhsil mərkəzi "Təfəkkür" Universitetinin hüquq elmləri kafedrasında müəllim vəzifəsində çalışıb. 1998-ci ildən "PricewaterhouseCoopers" şirkətində vergi üzrə məsləhətçi, 2002-ci ildən isə BP Exploration şirkətinin Vergilər şöbəsində vergilər üzrə analitik vəzifəsində çalışmağa başlayıb. 2002-2015-ci illər ərzində BP şirkətinin müxtəlif departamentlərində analitik, vergilər üzrə məsləhətçi, şöbə müdiri, region üzrə menecer vəzifələrini tutub. 2015-ci ilin sentyabr ayından həmin şirkətin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. Eyni zamanda, 2006-cı ildən indiyədək Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi