​Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzalayıb

​Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzalayıb Sənədə görə, iki qurum birgə fəaliyyət göstərəcək
Elm və təhsil
22 İyun , 2016 20:25
​Bilik Fondu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə saziş imzalayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bilik Fondu ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə "Report"a Fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bilik Fondu ilə İSİM arasında imzalanan əməkdaşlıq sazişi təhlükəli və yoluxucu xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği, gənclər arasında erkən nikahların və zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınması və risk amillərinin aradan qaldırılması ilə bağlı tibbi maarifləndirmə tədbirlərinin, mühazirələr, təlimlər və dəyirmi masaların birgə təşkilini nəzərdə tutur.

Sənədə görə, iki qurumun birgə fəaliyyəti nəticəsində müxtəlif növ xəstəliklər və onlardan qorunma yolları barədə məlumatlardan ibarət çap materialları hazırlanacaq, xarici dillərə tərcümə olunacaq və maarifləndirici vərəqə və bukletlər əhali, o cümlədən xüsusi qruplar (şagirdlər, tələbələr, valideynlər, müəllimlər, reproduktiv yaşda olan qadınlar, pasiyentlər və s.) arasında paylanacaq.

Son xəbərlər

Orphus sistemi