​Bilik Fondu "Təfəkkür" Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

​Bilik Fondu "Təfəkkür" Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb Ali təhsil müəssisəsində mühazirə təşkil olunub
Elm və təhsil
17 Dekabr , 2015 20:40
​Bilik Fondu Təfəkkür Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində Fondun aparat rəhbəri İsaxan Vəliyevin “Dini ekstremizmə qarşı mübarizə haqqında qanunçuluq dövlət və din münasibətlərinin təminatı kimi” mövzusunda mühazirəsini təşkil edib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan məlumat verilib.

Rektor M.Atakişiyev Azərbaycan Respublikası Prezidenti tərəfindən 05.12.2105-ci il tarixində imzalanmış “Dini ektremizmə qarşı mübarizə haqqında” qanunun dünyada dini zəmində baş verən münaqişələrin Azərbaycana sirayət etməsinin qarşısını almaqda böyük rolu olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi