​Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş tədbir keçirib

​Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş tədbir keçirib Şagirdlərin faciəni əks etdirən rəsmləri də sərgilənib
Elm və təhsil
18 Yanvar , 2016 16:29
​Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş tədbir keçirib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvara həsr edilmiş birgə tədbir keçirib.

Bu barədə "Report"a Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

Tədbirdə Bakıda təhsil alan xarici ölkə tələbələri, paytaxt məktəbliləri, KİV və QHT nümayəndələri, Bilik Fondunun və Tarix muzeyin əməkdaşları iştirak ediblər.

Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı hər il yanvar hadisələrinin ildönümündə bu faciəni təkrar yaşadığını deyərək gənc nəslin tariximizin bu şanlı səhifəsini daim yaşatmasının vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 1990-cı ilin tarixi hadisələri barədə müfəssəl məlumat verib, özünün şahidi olduğu reallıqlardan bəhs edib.

Tədbir çərçivəsində Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin faciəni əks etdirən rəsmləri sərgilənib.

Son xəbərlər

Orphus sistemi