​Azərbaycanda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatında dəyişiklik edilib

​Azərbaycanda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatında dəyişiklik edilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Elm və təhsil
10 Mart , 2015 15:33
​Azərbaycanda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatında dəyişiklik edilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Təsnifata yeni ixtisaslar əlavə olunub. Belə ki, Təsnifatın "Bakalavriat səviyyəsi üzrə" bölməsinə "XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTB050108 İnformasiya-təhlil fəaliyyəti" sətri, "Magistratura səviyyəsi üzrə" bölməsinə "XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTM060009 İnformasiya-təhlil fəaliyyəti" sətri əlavə edilib.

Son xəbərlər

Orphus sistemi