Bakı. 17 aprel. REPORT.AZ/ "Bu gün beynəlxalq fənn olimpiadalarına hazırlıq məsələləri
O bildirib ki, hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir: "May ayında onlar arasında növbəti seçim imtahanı keçirərək yay olimpiada məktəbini təşkil etmək niyyətindəyik. Beynəlxalq təşkilat komitəsi tərəfindən həmin olimpiadalar üçün təsdiq edilən sabit qaydaları var və onları dəyişdirmək nazirlikdən asılı deyil".
F.Qarayevin sözlərinə görə, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında ciddi nailiyyət əldə etməsi, daha çox medalların əldə edilməsi üçün müxtəlif tədbirlər həyata keçiriləcək: "Ən vacibi riyaziyyat və fizika olimpiadaçılarımızın beynəlxalq olimpiadalardan əvvəl keçirilən və daha kiçik olan regional olimpiadalarda iştirak etməsidir. Təhsil nazirinin əmri ilə 11 nəfərdən ibarət komanda (6 şagird riyaziyyat, 5 şagird fizika fənnindən olmaqla) "Balkan riyaziyyat olimpiadası" və "Asiya fizika olimpiadası"nda iştirak edəcəklər".