​Belarusda pulsuz təhsil almaq istəyən azərbaycanlılar üçün viktorina keçiriləcək

​Belarusda pulsuz təhsil almaq istəyən azərbaycanlılar üçün viktorina keçiriləcək Ən yüksək nəticə göstərən üç nəfər Belarusa oxumağa yollanacaqlar
Elm və təhsil
22 İyul , 2015 16:36
​Belarusda pulsuz təhsil almaq istəyən azərbaycanlılar üçün viktorina keçiriləcək

Bakı. 22 iyul. REPORT.AZ/ Belarusun Təhsil Nazirliyi azərbaycanlı gənclər üçün “Study in Belarus" adlı viktorina keçirəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu, Azərbaycan vətəndaşlarının Belarus ali təhsil müəssisələrində təhsil almaq üçün cəlb edilməsi məqsədilə edilir.

Viktorinanın keçirilməsi www.studyin.edu.by internet saytında müsabiqə tapşırıqlarının yerləşdirilməsi ilə baş tutacaq. 

Viktorinanın yekunlarına görə, ən yüksək nəticə əldə edən üç iştirakçı Belarus Respublikasının ali təhsil müəssisələrində pulsuz təhsil almaq hüququ qazanacaq. 

Son xəbərlər

Orphus sistemi