BDU-nun baş müəllimi vəfat edib

BDU-nun baş müəllimi vəfat edib Rafiq Rəsulov 1974-cü ildən universitetdə çalışıb
Elm və təhsil
3 May , 2016 08:45
BDU-nun baş müəllimi vəfat edib

Bakı. 3 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) baş müəllimi vəfat edib.

"Report" xəbər verir ki, BDU-nun Politologiya və Sosiologiya kafedrasının baş müəllimi Rafiq Atəş oğlu Rəsulov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.A.Rəsulov 30 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. 1972-ci ildən ADU-nun Elmi kommunizm ixtisası üzrə aspiranturasına daxil olub. 1974-cü ildən ADU-nun Elmi kommunizm kafedrasında çalışıb. 1991-ci ildən ölənədək BDU-nin Poiltologiya və Sosiologiya kafedrasının baş müəllimi olub. 2009-cu ildə fakültədə “İlin müəllimi” adına layiq görülüb. 15 elmi məqalənin müəllifidir.

Sosiologiya və Politologiya, Dünya siyasəti və beynəlxalq münasibətlər, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas istiqamətləri, Milli təhlükəsizliyin konstitusiya hüququ əsasları dərslərini tədris edib.

Son xəbərlər

Orphus sistemi