BDU-nun "Gənc istedadlar" liseyi ilə Anadolu texniki-peşə liseyi arasında memorandum imzalanıb

BDU-nun "Gənc istedadlar" liseyi ilə Anadolu texniki-peşə liseyi arasında memorandum imzalanıb Memorandumda liseylər arasında təhsil sahəsində əlaqələrin inkişafı nəzərdə tutulub
Elm və təhsil
1 Aprel , 2016 15:02
BDU-nun Gənc istedadlar liseyi ilə Anadolu texniki-peşə liseyi arasında memorandum imzalanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə "Report"a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Rektor, akademik Abel Məhərrəmov tədbir iştirakçılarına ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri, o cümlədən Türkiyə universitetləri ilə elm və təhsil sahəsində qurulan uğurlu əməkdaşlıqdan bəhs edib.

O, Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyi ilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında təhsil sahəsində əlaqələrin yaradılmasının əhəmiyyətindən bəhs edib.

Daha sonra Ceyhan rayonunun icra nümayəndəsi Mustafa Ünlüsoy və liseyin direktoru Caner Taymış təmsil etdikləri qurum barədə danışıb, əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə Anadolu texniki-peşə liseyi ilə "Gənc istedadlar" liseyi arasında anlaşma memorandumu imzalanıb.

Memorandumda liseylər arasında təhsil sahəsində əlaqələrin inkişafı, möhkəmləndirilməsi məqsədi ilə tədrisin müxtəlif sahələri üzrə ikitərəfli konfransların, seminarların, şagirdlər arasında müxtəlif müsabiqələrin, təcrübi məşğələlərin təşkili və həyata keçirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimindən sonra nümayəndə heyəti "Gənc istedadlar" liseyi şagirdlərinin hazırladıqları konsert proqramına tamaşa ediblər.

Qeyd edək ki, üç günlük səfər çərçivəsində "Gənc istedadlar" liseyinin direktoru Qasım Hüseynov Ceyhan rayonunun icra nümayəndəsi Mustafa Ünlüsoy, liseyin direktoru Caner Taymış, rayonun milli təhsil müdiri Sərxan Topdaş, liseyin müdir müavinləri - Oğuzxan Güləç və Mustafa Yaylacının daxil olduğu nümayəndə heyəti ilə görüşüb, imzalanacaq müqavilənin şərtlərini müzakirə edib, liseyin dərs prosesini izləyibər. Səfər çərçivəsində qonaqlar İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah, Heydər Əliyev Mərkəzində olub, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Son xəbərlər

Orphus sistemi