BDU-nun bir qrup tələbəsi əlavə təhsil haqqı ödənişindən azad olunub

BDU-nun bir qrup tələbəsi əlavə təhsil haqqı ödənişindən azad olunub Alt qruplarda oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqları BDU-nun daxili imkanları hesabına ödəniləcək
Elm və təhsil
21 Yanvar , 2016 15:56
BDU-nun bir qrup tələbəsi əlavə təhsil haqqı ödənişindən azad olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələri əlavə kreditlər üzrə təhsil haqqından azad olunublar. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, bununla bağlı qərar universitetin Elmi Şurasının yanvarın 21-də keçirilən iclasında qəbul edilib. 

Qərar fevral ayından başlayaraq tətbiq olunacaq. Normativ təhsil müddətində alt qruplarda oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqları BDU-nun daxili imkanları hesabına ödəniləcək.

Son xəbərlər

Orphus sistemi