BDU-da “Məzun günü” iyunun 30-da keçiriləcək

BDU-da “Məzun günü” iyunun 30-da keçiriləcək “Bakı 2015” I Avropa Oyunlarına könüllü olaraq qoşulan tələbələr arasında bu il məzun adını qazanacaq tələbələr də var”
Elm və təhsil
29 May , 2015 14:59
BDU-da “Məzun günü” iyunun 30-da keçiriləcək

Bakı. 29 may. REPORT.AZ/ “Məzun günü” ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) rektorluğun genişləndirilmiş iclası keçirilib. Bu barədə “Report”a BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib.

İclasda qeyd edilib ki, “Bakı 2015” I Avropa Oyunlarına könüllü olaraq qoşulan tələbələr arasında bu il məzun adını qazanacaq tələbələr də var. Həmin tələbələrin I Avropa Oyunları ərəfəsində aktiv iştirakları nəzərə alınaraq, həyatlarının önəmli hadisəsi olan “Məzun günü”nün I Avropa Oyunlarından sonrakı tarixlərdə qeyd edilməsini xahiş ediblər.

“Rektorluq bu əlamətdar tarixin məzunlar üçün önəmi, 3 600-dən artıq məzunun olması, könüllülərin və digər məzunların çoxsaylı xahişləri nəzərə alınaraq, “Məzun günü”nün ənənəyə uyğun olaraq iyun ayının 30-da keçirilməsi haqqında qərar qəbul edib.

Məzun günü qeyd edilən tarixdə əsas tədris binasının qarşısında tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə qeyd ediləcək və canlı yayımlanacaq” – məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi