​BDU-da "İnsan hüquqları" mövzusunda müsabiqə keçirilib

​BDU-da "İnsan hüquqları" mövzusunda müsabiqə keçirilib Məqalə müsabiqəsinin yekun təltifetmə mərasimi baş tutub
Elm və təhsil
10 Dekabr , 2014 23:52
​BDU-da İnsan hüquqları mövzusunda müsabiqə keçirilib
Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Bakı Dövlət Universitetində Hüquq fakültəsi Tələbə Həmkarlar Təşkilatı və Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları" mövzusunda keçirilən məqalə müsabiqəsinin yekun təltifetmə mərasimi baş tutub.

"Report" xəbər verir ki, Hüquq fakültəsinin konfrans zalında baş tutan tədbirdə Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Orxan Əbdülkərimli, Hüquq fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Yavər Məmmədova və İnsan hüquqları kafedrasının müdiri, Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini Gülnaz Ələsgərova və universitetin tələbələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Yavər Məmmədova bu cür layihələrin gələcəkdə də keçiriləcəyini qeyd edib:

“Bu gün Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ məsələsidir. Biz də gənclər və gələcəyin hüquqşunasları olaraq bu problemin dünya səviyyəsində xeyrimizə həll olunması üçün əlimizdən gələni etməliyik. Əsas odur ki, bizim əlimizdə hüquqi baxımdan kifayət qədər dəlil və sübutlar olsun. Bu sübut və arqumentlər indidən hazılanaraq yığılmalıdır ki, sabah lazımi anda onları bütün dünya ictimaiyyətinə nümayiş etdirə bilək”.

Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Orxan Əbdülkərimli çıxışında müsabiqə barədə geniş məlumat verib və hər kəsi növbəti müsabiqələrə aktiv olmağa çağırıb.

Beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini Gülnaz Ələsgərova Beynəlxalq İnsan hüquqları günü barədə danışaraq, geniş məlumat verib. O, bu müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edib.

Daha sonra isə İnsan hüquqları mövzüsunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Hüquq fakültəsi 4-cü kurs tələbəsi Əbdurrəhmanlı Fidan İdris qızı 2-ci, 4-cü kurs tələbəsi Məmmədli Azad İbrahim oğlu isə 1-ci yerə layiq görülüb.

Təşkilatçılar 3-cü yerin olmamasını 2-ci yerə layiq görülən yazının güclü olması ilə izah ediblər.

Son xəbərlər

Orphus sistemi