BANM-də ümummilli lider Heydər Əliyev anılıb

BANM-də ümummilli lider Heydər Əliyev anılıb Dövlət Bayraq Muzeyində seminar təşkil olunub
Elm və təhsil
10 May , 2016 12:03
BANM-də ümummilli lider Heydər Əliyev anılıb

Bakı. 10 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) anılıb.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Bununla yanaşı, bu gün BANM-in bütün tədris auditoriyalarında ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz xidmətləri haqqında danışılıb, Azərbaycanın qurtuluşunda göstərdiyi müdrik siyasəti və uzaqgörənliyi ilə xalqın ulu öndərinə çevrilərək, ürəklərdə özünə əbədi bir yer tutduğu qeyd olunub.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Bayraq Muzeyində seminar təşkil olunub. 

BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tərəfindən BANM tələbələri üçün “Heydər Əliyevin siyasi portreti” adlı seminar keçirilib.

Seminarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, onun həyata keçirdiyi dövlət siyasətindən söz açılıb və bu sahədə xidmətləri vurğulanıb.

Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi