BANM-də tələbə qəbulu planı tam dolub

BANM-də tələbə qəbulu planı tam dolub Bu il təhsil ocağı 100 faizlik qəbulolma göstəricisinə yiyələnib
Elm və təhsil
1 Sentyabr , 2016 12:28
BANM-də tələbə qəbulu planı tam dolub

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinə (BANM) 2016/2017-ci tədris ili üzrə tələbə qəbulu planı tam dolub.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumata əsasən, bu il təhsil ocağı 100 faizlik qəbulolma göstəricisinə yiyələnib.

Qeyd edək ki, 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 3 tələbədən 2-si Bakı Ali Neft Məktəbinə daxil olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub.

Son xəbərlər

Orphus sistemi