​BANM-də qanvermə aksiyası keçirilib

​BANM-də qanvermə aksiyası keçirilib Məqsəd talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır
Elm və təhsil
14 İyun , 2016 11:20
​BANM-də qanvermə aksiyası keçirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib.

Bu barədə "Report"a Bakı Ali Neft Məktəbi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü və hazırladıqları qrafikə uyğun olaraq aparılıb.

Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəis müavini İlqar Haqverdiyevin nəzarəti ilə baş tutub. Kampaniyada Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasına Qan Bankının şöbə müdiriGülarə Abbasova rəhbərlik edib. Həkim briqadası aksiya çərçivəsində donorlara tibbi xidmət göstərib.

Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.

Son xəbərlər

Orphus sistemi