BANM-də I Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib

BANM-də I Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib Tədbirdə Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev də iştirak edib
Elm və təhsil
6 İyul , 2015 11:10
BANM-də I Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib

Bakı. 6 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “Bakı 2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak etmiş tələbələrlə görüş keçirilib.

BANM-in İctiamiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev də iştirak edib.

Ali Məktəbin rektoru Elmar Qasımov ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyərək, bunun tarixi bir hadisə olduğunu, ölkənin, o cümlədən milli dəyərlərin təbliğində böyük imkanlar yaratdığını qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin könüllülərin fəaliyyətinə yüksək dəyər verdiyini bildirib. E.Qasımov Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tədbirin bağlanış mərasimində könüllülərə etdiyi təşəkkürdən danışaraq bildirib ki, bu Oyunlar könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, onlar üçün böyük təcrübə olub, Azərbaycanda könüllülük institutu formalaşıb. O deyib ki, tələbələr bu müddət ərzində könüllü kimi fəaliyyət göstərərək vətənpərvərlik və fədakarlıq nümayiş etdiriblər. E.Qasımov oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş BANM-in könüllülərinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Oyunlarının əhəmiyyətindən danışıb. O, Avropa Oyunlarının Azərbaycan üçün önəmli bir hadisə olduğunu vurğulayıb. F.Hacıyev BANM-in tələbələrinin bu oyunlarda könüllü kimi iştirakını yüksək qiymətləndirib. O deyib ki, heç də təsadüfi deyil ki, könüllülərin fəaliyyətindən hamı razı qalıb.

Gənclər Fondunun icraçı direktorunun sözlərinə görə, Oyunlarda ümumilikdə 20 000-ə yaxın könüllü iştirak edib və onlar öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi