​BANM-də Gəncənin "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib

​BANM-də Gəncənin "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib Abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olub
Elm və təhsil
8 Aprel , 2015 15:54
​BANM-də Gəncənin Kəpəz tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Gəncə şəhəri "Kəpəz" tədris mərkəzinin abituriyentləri ilə görüş keçirilib. "Report" xəbər verir ki, BAM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova abituriyentləri Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. O, abituriyentlərə BANM-in fəaliyyəti haqqında qısa məlumat verib.

Sonra BANM-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı təqdimatla çıxış edərək, Bakı Ali Neft Məktəbinin 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxladığını bildirib. Belə ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbinin qəbulda 668,017 orta balla birinci yerdə olduğunu deyib.

O bu tədris ili üzrə 17 Prezident təqaüdçüsünün BANM-i seçdiyini və abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də BANM üzrə göstəricinin yüksək 81,39% olduğunu deyib. O bu sadalananların BANM-in abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olmasının sübutu olduğunu vurğulayıb.

O, həmçinin Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları və mütərəqqi texnologiyalar əsasında həyata keçirildiyi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması barədə məlumat verib. Təqdimatda statistik göstəricilər, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və universitetlər, BANM-in yeni kampusu haqqında da məlumat verilib.

Sonra abituriyentlər BANM-in laboratoriyaları, yeni kampusun maketi və auditoriyaları ilə tanış olub. 

Son xəbərlər

Orphus sistemi