​Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək

​Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrəniləcək
Elm və təhsil
12 Sentyabr , 2014 15:54
​Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakı rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulu keçiriləcək.

Qurumdan Report-a verilən məlumata görə, keçiriləcək görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

“Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilati və maarifləndirmə tədbirləri görüləcək” - deyə, məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi