Bakıda "Sabahın alimləri" V respublika müsabiqəsi keçiriləcək

Bakıda "Sabahın alimləri" V respublika müsabiqəsi keçiriləcək Müsabiqə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri üçün təşkil ediləcək
Elm və təhsil
10 Fevral , 2016 14:05
Bakıda Sabahın alimləri V respublika müsabiqəsi keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Bakıda "Sabahın alimləri" V respublika müsabiqəsi keçiriləcək. AMEA-dan "Report"a verilən məlumata görə, müsabiqə 11-13 fevralda baş tutacaq.

Müsabiqəni Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birgə keçirir.

Müsabiqə Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər arasında təşkil ediləcək.

Fevralın 11-i AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müsabiqənin açılış mərasimi olacaq.

Son xəbərlər

Orphus sistemi