Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Bakı şəhərində Avropa İttifaqının tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir (“Workshop for the Participation of Non-EU Black Sea and EaP Countries in Thematic COFUND ERANETs & JPIs”) keçirir.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (
Elmin İnkişafı Fondu qeyd olunan “Black Sea Horizon” və “EaP PLUS” layihələrində qurum kimi iştirakçıdır. Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti nəzərə alınaraq adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH Layihəsinin cari ilin ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib.
Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova) və Azərbaycandan tanınmış ekspertlər iştirak edir.
İki gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu İttifaqın üzvü olmayan Qara Dəniz Hövzəsi ölkələri və "Şərq Tərəfdaşlığı" ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (