Bakıda Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Bakıda Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək Konfransın 2 iş günü Bakıda, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında olacaq
Elm və təhsil
3 İyul , 2015 13:38
Bakıda Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Bakı. 3 iyul. REPORT.AZ/ Bakıda "Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. 

"Report" xəbər verir ki, konfrans Prezident yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyulda baş tutacaq.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.

Konfransın 2 iş günü Bakıda, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında olacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Qeyd edək ki, beynəlxalq konfransın açılış mərasimi iyulun 6-da "Aysberq" İstirahət Mərkəzinin böyük zalında baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi