Bakı. 16 iyul. REPORT.AZ/ "ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin və
Rektor Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri və yarandığı qısa müddət ərzində əldə etdiyi uğurlardan söz açıb. Azərbaycanda yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasının BANM-in əsas hədəfi olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın neft və qaz hasilatında tarixi rolundan danışıb. Rektor Elmar Qasımov əsası ümummilli lider
Xatırladaq ki, "ADA" Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi SOCAR-ın əməkdaşlığı ilə IX Bakı Yay Enerji Məktəbini keçirir. Bu il məktəbə 17 ölkədən 47 iştirakçı qoşulub.
Qeyd edək ki, iki həftəlik məktəb ərzində iştirakçılar enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası və digər fundamental mövzularla yanaşı, enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda da mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanıblar. İki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirib. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə geniş şəkildə tanış olublar.