Bakı Slavyan Universitetinin 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib

Bakı Slavyan Universitetinin 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib Ləğv olunan fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb
Elm və təhsil
8 Fevral , 2016 14:17
Bakı Slavyan Universitetinin 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Bakı Slavyan Universitetinin (BSU) 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib. Bu barədə “Report”a BSU-nun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ləğv edilən strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb. Ləğv olunan fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb. 

“Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, tələbələrin təhsilinin Bolonya prosesinə daha sıx uyğunlaşdırılmasına təkan verəcək. Hazırda universitet üzrə yaradılan islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyəti davam edir”, - deyə BSU-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi