​Bakı Slavyan Universiteti ilə Moskva Şəhər Pedaqoji Universiteti arasında müqavilə imzalanıb

​Bakı Slavyan Universiteti ilə Moskva Şəhər Pedaqoji Universiteti arasında müqavilə imzalanıb Viktor Ryabov: “Bu əməkdaşlıq BSU-nun Azərbaycanda rus dilçiliyinin mərkəzi olduğunun göstəricisidir”
Elm və təhsil
7 May , 2015 19:38
​Bakı Slavyan Universiteti ilə Moskva Şəhər Pedaqoji Universiteti arasında müqavilə imzalanıb

Bakı. 7 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” VI beynəlxalq elmi konfrans çərçivəsində Moskva Şəhər Pedaqoji Universiteti (MŞPU) ilə Bakı Slavyan Universiteti (BSU) arasında əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb. Bu barədə “Report”a BSU-dan məlumat verilib.

İmzalanma mərasimində BSU-nun rektoru, professor Asif Hacıyev müqavilənin hər iki universitet arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini qeyd edib.

MŞPU-nun rektoru, professor İqor Remarenko rəhbərlik etdiyi ali təhsil ocağı barədə məlumat verib. Professor bildirib ki, bu əməkdaşlıq BSU-nun Azərbaycanda rus dilçiliyinin mərkəzi olduğunun göstəricisidir.

MŞPU-nun prezidenti, professor Viktor Ryabov çıxışında yeni imzalanmış müqavilənin Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə 2007-ci ildə bünövrəsi qoyulmuş əməkdaşlığın davamı olduğunu vurğulayıb və bu sahədə görülən işlərin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, imzalanmış müqavilədə iki universitet arasında birgə elmi araşdırılmaların aparılması, elmi tədbirlərin – konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-tarixi ədəbiyyatla qarşılıqlı təmin olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi